Tramp: Krım Rusiyada qalacaq

Tramp: Krım Rusiyada qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində Rusiyanın 2014-cü ildə işğal etdiyi Ukrayna ərazisi olan Krımın Rusiyanın tərkibində qalacağını bildirib.

Tribunainfo.az xəbər verir ki, Trampın bu açıqlamanı onun xüsusi nümayəndəsi Vitkoffun Putinlə görüşü zamanı səsləndirməsi diqqət çəkib.

Digər tərəfdən, Ukrayna Xarici İşlər Nazirliyi Trampın sözlərinə cavab verməkdə gecikməyib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü bəyanatla çıxış edərək bildirib ki, sülh danışıqlarının əsaslandığı prinsiplərdə heç bir dəyişiklik olmayıb, o cümlədən Ukrayna öz ərazisinin heç bir hissəsini Rusiyaya məxsus kimi tanımayacaq.

Dəniz Pənahova