Tramp Kim Çen Inla dostluqdan danışdı

Tramp Kim Çen Inla dostluqdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətdə olduğunu bildirib.

Tribunainfo.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlər Trampdan Kim Çen Inla münasibətləri bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını soruşublar.

Buna Tramp belə cavab verib:

“Mənim Kim Çen Inla əla münasibətim var və nə olacağını görəcəyik. Onun əlində nüvə silahı var”.

Donald Tramp Rusiya və Çinin nüvə arsenalları barədə də danışıb:

“Onların sayını azalda bilsək, bu, böyük nailiyyət olar. Bizim çoxlu silahlarımız var və gücümüz çox böyükdür”.

Ağ Evin sözçüsü Trampın KXDR ilə bağlı siyasətiylə əlaqədar bunları çatdırıb:

“Donald Tramp prezidentliyi dövründə Şimali Koreyanın tam nüvəsizləşdirilməsi siyasətini davam etdirəcək”.

Xatırladaq ki, Tramp andiçmə mərasimindən sonra Şimali Koreya lideri Kim Çen Inla əməkdaşlığı bərpa etməyi planlaşdırdığını bildirib.