Tramp keçmiş kovboyu kənd rəsərrüfatı naziri təyin edə bilər

Tramp keçmiş kovboyu kənd rəsərrüfatı naziri təyin edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Donald Tramp prezident seçkilərində qalib gəlsə, çox güman ki, keçmiş kovboy və Texas kənd təsərrüfatı komissarı Sid Milleri (Sidney Carroll Miller) ölkənin yeni kənd təsərrüfatı naziri təyin edəcək.
Tribunainfo.az bu barədə “Politico”ya istinadən xəbər verir.
Nəşr qeyd edir ki, onun Amerika cəmiyyətinin gözündə reputasiyası çox qarışıqdır.
“Kənd Təsərrüfatı Nazirliyi (USDA) üçün – daha çox ərzaq və kənd təsərrüfatı siyasəti – Millerin təyinatı seysmik dəyişikliyi təmsil edəcək”, deyə “Politco” yazıb.
Nəşr qeyd edir ki, Miller çox güman Bayden administrasiyasının kənd təsərrüfatında iqlim dəyişikliyi ilə mübarizə üçün ayırdığı milyardlarla dolları xəzinəyə qaytarmağa, habelə aşağı gəlirli amerikalılar üçün ölkənin ən böyük qidalanma proqramlarını azaltmağa çalışacaq. O, həmçinin ABŞ-ın kənd təsərrüfatı və ərzaq siyasətinin istiqamətini təyin edəcək 1,5 trilyon dollarlıq qanunvericilik paketi olan qarşıdan gələn Farm Bill üzrə müzakirələrdə əsas rol oynaya bilər. Sənəd artıq Konqresdədir, lakin onun qəbulu 2025-ci ilə təxirə salına bilər.
Millerin özü keçmişdə rodeolara səyahət etmək üçün dövlət vəsaitindən sui-istifadə etməkdə şübhəli bilinirdi, lakin ona qarşı rəsmi ittiham olmayıb. Bundan əlavə, onun keçmiş müşaviri bu yay rüşvətxorluq ittihamı ilə məhkəmə qarşısına çıxmalıdır.
“Politico” yazır ki, Millerin mübahisəli kimliyinə baxmayaraq, Tramp bəzi müttəfiqlərinə onun USDA-da yüksək vəzifəyə əsas namizəd olduğuna işarə edib.