ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Knessetdə (İsrail parlamenti) çıxış edəcək və Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək mərasimdə iştirak edəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 13-ü səhər saatlarında İsrailə gələcək Tramp daha sonra “HƏMAS” girovlarının ailələri ilə görüşəcək və Knessetdə çıxış edəcək. Daha ətraflı məlumat verilməyib.
Amerika lideri mərasimdə iştirak etmək üçün Bakı vaxtı ilə saat 14:45-də Şarm əl-Şeyxə gedəcək. O, qısa müddət sonra ABŞ-ya yola düşəcək.
Daha əvvəl Tramp Misirdə bir çox ölkənin liderləri ilə görüşlər keçirəcəyini açıqlayıb.