ABŞ-da prezidentliyə namizəd Donald Tramp İranla bağlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, Tehranın Amerika rəsmilərinə qarşı sui qəsd cəhdlərinin araşdırıldığını bildirib.
Tramp deyib ki, əgər bu məlumat təsdiqini taparsa, Ağ Ev təcili addımlar atmalıdır. “Əgər İranın sui qəsdlərdə əlinin olması təsdiqlənərsə, ABŞ dərhal hərəkətə keçib, Tehranı yerlə yeksan etməlidir. Mən prezident seçilsəm, bu addımı atacam”.