backend

Tramp: “İran terrorizmin sponsorudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp razılaşma çərçivəsində nüvə proqramı üzrə İrana tədbiq edilən sanksiyaların qismən çıxardılması haqqında qərarı yenidən gözdən keçirəcək. 

ABŞ prezidenti Donald Tramp razılaşma çərçivəsində nüvə proqramı üzrə İrana tədbiq edilən sanksiyaların qismən çıxardılması haqqında qərarı yenidən gözdən keçirəcək.

TİA.AZ xəbər verir ki, bu barədə mətbuata ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.

Dövlət başçısı tapşırığı Milli Təhlükəsizlik Şurasına verib.

Ekspertlər Tehran barəsində məhdudiyyətlərin qismən dayandırmasının ABŞ-ın maraqlarına uyğun olub-olmadığını aydınlaşdıracaq.

Tillerson çıxışında İranın razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirdiyini bildirsə də, ölkəni “terrorizmin sponsoru” adlandırıb.

Daha əvvəl Tramp çıxışında İranı “terrorçu dövlətlər sırasında nömrə bir” adlandırmışdı.

İranla atom probleminin nizama salınması haqqında razılaşma 2015-ci ilin iyulunda bağlanmışdı. Eyni zamanda, ABŞ raket proqramı üzrə İrana qarşı tətbiq olunan sanksiyaları qüvvədə saxlayıb.