ABŞ və İran mediası ABŞ prezidenti Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğana İran prezidenti Məsud Pezeşkianla birbaşa görüşmək üçün Türkiyəyə gələ biləcəyini söylədiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, Tramp və prezident Rəcəb Tayyib Ərdoğan bu həftə İstanbulda ABŞ və İran rəsmiləri arasında diplomatik görüş təşkil etmək üçün sıx diplomatiya aparıblar.
Qeyd edək ki, Ərdoğan keçən həftə G7 sammiti zamanı Trampa zəng vurub və ertəsi gün İstanbulda tərəflər arasında görüş keçirməyi təklif edib.
Dəniz Pənahova