Tramp: İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır

Tramp: İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı böyük liderlər adlandırıb.

Tribunainfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımına avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüşdən fotolar əlavə edən Tramp yazıb:

“On illərlə davam edən müharibə və itkilərdən sonra sülh sazişini imzalayarkən Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə olmaq böyük şərəfdir. Onlar iki möhtəşəm insan və böyük liderlərdir. İndi onlar mənim yaxşı dostlarımdır!”