Trump hökuməti transgendrlərin məktəblərdə tualet seçimi ilə bağlı keçmiş administrasiyanın fərmanını ləğv elədi.
Trump hökuməti transgendrlərin məktəblərdə tualet seçimi ilə bağlı keçmiş administrasiyanın fərmanını ləğv elədi.
ABŞ Ədliyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ədliyyə və Təhsil nazirlikləri 2015-2016-cı illərdə tətbiq edilmiş qaydanı ləğv ediblər.
Amma press-relizdə nazirliyin cinsi azlıqları ayrı-seçkilik, ələ salmaq və təqiblərdən qorumqda sadiq olduğu bildirilir.
Əvvəlki fərmana görə, məktəblər transgender şagirdlərin tualet və soyunub-geyimə otaqlarını seçməsində onlara sərbəstlik verməliydi, yəni onlar özünü hansı cinsə aid edirdisə seçimi də elə edirdilər.
Bu dərhal 11 ştatın narazılığına səbəb olmuşdu.
Texas, Alabama, Viskonsin,Tennessi, Arizona, Men, Luiziana, Yuta, Corciya və Qərbi Virciniya ştatları Obama administrasiyasını məktəbləri və iş yerlərini “kütləvi sosial eksperimentlər üçün laboratoriyalara” çevirməkdə günahlandırırdılıar.
Bununla bağlı Texas ştatında məhkəmədə iddia da qaldırılmışdı.