backend

“Tramp hökuməti terrorizmi dəstəkləyir” – Həsən Ruhani

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Suriyadakı hərbi bazalara hücumu danışıqlar prosesini zədələdi. 

ABŞ-ın Suriyadakı hərbi bazalara hücumu danışıqlar prosesini zədələdi.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib. Onun fikrincə, Suriyadakı situasiyanın yeganə həlli siyasi yoldur:

“Suriyaya gəlincə, son qərar siyasi olmalıdır. Hesab edirik ki, Suriya böhranının yekun həllinə yaxınlaşmaq üçün sülh danışıqları irəliləməlidir. ABŞ-ın etdikləri danışıqlar prosesini zədələdi”. 

Ruhani əlavə edib ki, Suriyanın təkrar bombalanması regionda situasiyanı çətinləşdirəcək:

“Məqsədinin terrorizmlə mübarizə olduğunu bəyan edən Tramp hökuməti bu gün terrorizmi dəstəkləyir və Suriyaya ikinci dəfə zərbə endirmək qərarı regionda situasiyanı daha da çətinləşdirəcək”.