Tramp Hillari Klintonun köməkçisini həbs etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter”də yazıb.

“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu… Həbsxana!”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib.