ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhə nail olacağına əminliyini ifadə edib.
Tribunainfo.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə “One America News Network”ə müsahibəsində söz açıb.
Tramp bildiirib ki, Qəzzada onun sayəsində çox geniş anlamda sülh əldə olunacaq: “Daha sonra isə Rusiya-Ukrayna müharibəsinə son qoyacam. Qəzzadan daha çox şeyə nail olacağıq. İndiyə qədər 7 müharibəni bitirdim, bu rəqəm tezliklə 8-ə yüksələcək. Yaxın Şərqdə təxminən 3000 ildən sonra savaş həll olunacaq, sülh yaranacaq mənim səyimlə. Biz təkcə Qəzzadə deyil, bölgədə sülhə nail olacağıq”
ABŞ lideri rusiya -Ukrayna savaşını da sona çatdıracağını iddia edib: “Vəzifəyə gəldiyim ilk vaxtda bu müharibəni daha tez bitrəcəyimi düşünürdüm. Ancaq gözlədiyim kimi asan olmadı, çətin anlar yaşadıq. Amncaq dediyim kimi, Qəzzadan sonra Rusiya ilə də anlaşacağıq”