TRAMP DÜNYANI HEYRƏTƏ SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp, 20 Yanvarda vəzifəyə gəldikdən sonra etdiyi ilk xarici səfərində yazdığı sözlərlə gündəmə düşüb.  

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp, 20 Yanvarda vəzifəyə gəldikdən sonra etdiyi ilk xarici səfərində yazdığı sözlərlə gündəmə düşüb. 

Tramp İsraildəki soyqırım abidəsindəki dəftərə yazdığı qeydlə də gündəmə gəlib. ABŞ Prezidenti olaraq, daha rəsmi bir terminologiya istifadə etməsi gözlənilən Trampın, soyqırım abidəsi dəftərinə “So amazing” (çox təəccüblü) yazdığının ortaya çıxması sosial medianın dilinə düşüb.

ABŞ Prezidenti Donald Tramp, Yaxın Şərqə səfəri çərçivəsində olduğu İsraildə yenə dünya gündəmini məşğul edəcək bir əcaibliyə imza ataraq,  “so amazing i will never forget” cümləsi sosial mediada böyük reaksiya toplayıb. Trumpın olduğu mühitin ciddiliyinə uyğun davranmadığı və “əyləncəyə”li bir dil istifadə etdiyi şərhləri edilib.

” Vaşinqton Post”un xəbərinə görə,  əvvəlki ABŞ Prezidenti Barak Obamanın eyni dəftərə yazdığı qeydlə, Trampın yazdığı qeyd yan-yana gətirilib və müqayisə edilib. Əvvəlki ABŞ Prezidenti Barak Obamanın və Demokrat qanadın nümayəndəsi Hillari Klintonun eyni dəftərə daha əvvəlki səfərlərində etdikləri qeydlərə nəzər saldıqda, istifadə etdiyi dilin bir ABŞ Prezidentinə yaraşan şəkildə olmadığı, rəsmi dildən uzaq olduğu və qeyri-səmimi olduğu istiqamətində fikirlər yer alıb. Sosial mediada Trampın yazısına gələn diqqətçəkən fikirlərdən biri isə “Sanki bir restoranda ofisianta buraxılan qeyd” kimi ifadələri səslənib. 

 İlahə