Tramp CNN jurnalisti ilə bağlı məhkəmədən qalib ayrılacağına ümid edir

Tramp CNN jurnalisti ilə bağlı məhkəmədən qalib ayrılacağına ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp məhkəmənin CNN əməkdaşı Cim Akostanın Ağ evdə jurnalist akkreditəsi bərpa etməsinə dair qərarından sonra yekunda məhkəməni qazanacağına ümid edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında bildirib.

Trampın sözlərinə görə, o buna jurnalist yeri üçün yeni qaydalar tətbiq etməklə nail olmaq niyyətindədir:

“İnsanlar özlərini normal aparmağı bilməlidirlər. Biz qaydalar və tənzimləmə tərtib edirik…qayda və tənzimləmələrlə məhkəməyə qayıdıb, onu qazanacağıq”, – deyə Tramp bildirib.

“Üç sual, dörd sual (ardıcıl) vermək olmaz. Ayağa qalxıb oturmamaq olmaz”, — deyə o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, o mətbuatın tam azad olmasının tərəfdarıdır. “Lakin Ağ evdə olarkən, özünü hörmətcil aparmalısan”, – deyə prezident söyləyib.

Bundan əvvəl Donald Tramp prokurorun “Rusiya işi” ilə bağlı suallarını cavablandırdığını bildirib.