ABŞ prezidenti Donald Tramp Çinlə ticarət atəşkəsinin müddətini uzadıb.
Qaynarinfo xəbər verir ki, ölkə rəhbəri 1 martda yekunlaşacaq 90 günlük atəşkəs müddətinin artırılacağını açıqlayıb. Tramp yekun razılaşma üçün Floridada Çin prezidenti Tsi Cinpinqlə görüşəcək.
ABŞ və Çin arasında müzakirələr 2018-ci ilin dekabrında başlayıb.
Qeyd edək ki, ticarət müharibəsində hər iki ölkə idxal edilən məhsullara əlavə vergi tətbiqi barədə qərarlar qəbul etmişdi. ABŞ Çindən gətirilən məhsulların gömrük rüsumunu 10%-dən 25%-ə qaldırmış, Çin də oxşar addımla cavab vermişdi.