Tramp bu prezidenti diktator adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Prezidenti Nikolas Maduro ölkədə hakimiyyəti əlinə keçirmiş diktatordur. 

Venesuela Prezidenti Nikolas Maduro ölkədə hakimiyyəti əlinə keçirmiş diktatordur.

TİA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın bəyanatında deyilib. ABŞ prezidenti Venesuela hakimiyyətini konstitusiyaya hörmətlə yanaşmağa, azad seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə və əhalinin humanitar problemlərini həll etməyə çağırıb.

“Onun Müəssislər Məclisinə keçirilən saxta seçkilər vasitəsi ilə mütləq hakimiyyəti ələ keçirməsi bizim yarımkürədə demokratiyaya ciddi zərbə endirdi. Maduro təkcə pis lider deyil, o artıq diktatordur”, – Donald Tramp deyib.

ABŞ prezidenti həmçinin Maduro hakimiyyətini represiyaları dayandırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri Venesuelada zorakılığın artmasına və insan hüquqlarının pozulmasına zəmin yaradan hər kəsin məsuliyyətə cəlb edilməsinə çalışacaq.