CNN telekanalı ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində icra ediləcək maraqlı bir protokol qaydası barədə xəbər hazırlayıb.
CNN telekanalı ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində icra ediləcək maraqlı bir protokol qaydası barədə xəbər hazırlayıb.
TİA.AZ xəbər verir ki, telekanal inaqurasiya zamanı yeni prezident və müavininin ölümünə səbəb olacaq bir faciə baş verərsə, prezident səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Obama administrasiyasından bir şəxsə keçəcəyini bildirib.
CNN-in bu xəbəri hansı zərurətdən hazırladığı bilinmir.
Qeyd edək ki, ABŞ konstitusiyasına görə prezident və ya vitse-prezident həlak olarsa, Senat müvəqqəti prezident seçmə səlahiyyətinə malikdir. Bu şəxs dövlət katibi və ya başqa şəxs ola bilər.
Ümumiyyətlə andiçmə mərasimlərinə yeni seçilmiş kabinetdən bir üzv qatılmır. O, baş verə biləcək hər hansı faciəyə qarşı prezident təyin edilmək üçün ehtiyatda saxlanılır.
Bu şəxsə “Təyin edilmiş sağ qalan” deyilir.