Tramp BRICS ölkələrini yenə hədələdi

Tramp BRICS ölkələrini yenə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp qlobal ticarətdə ABŞ dollarına qarşı yeni valyuta və ya başqa alternativ yaratmağa çalışacaqları təqdirdə BRICS ölkələrinə 100% idxal rüsumları tətbiq edəcəyini bildirib.

Tribunainfo.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında yazıb.“Biz zahirən düşmən kimi görünən bu ölkələrdən yeni BRICS valyutası yaratmamağı və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməməyi tələb edəcəyik. Əks təqdirdə onlar 100%-lik əlavə rüsumlarla üzləşəcək və böyük Amerika iqtisadiyyatına mal satmaq imkanı ilə vidalaşacaqlar”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, o, bir müddət əvvəl də BRICS ölkələrini gömrük rüsumları ilə hədələmişdi.

Xatırladaq ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır.

 

Bizi Facebookda izləyin