Tramp Baydeni “vurmaq” üçün zibildaşıyan paltarı geyindi (VİDEO)backend

Tramp Baydeni “vurmaq” üçün zibildaşıyan paltarı geyindi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da Respublikaçı Partiyanın prezidentliyə namizədi Donald Tramp prezident Co Baydenin sözlərini tənqid etmək üçün zibil maşını işçisinin geyimini geyinib. 
Tribunainfo.az ABC News-a istinadən bildirir ki, Tramp, Viskonsin ştatının Qrin Bey şəhərindəki seçki tədbirlərinə öz markalı təyyarəsi ilə gəldikdən sonra, kostyumunun üzərinə parlaq narıncı kommunal işçi jileti geyinərək, bu məqsəd üçün bəzədilmiş ağ tullantı maşınının kabinəsinə oturub.
Trampın bu performansı, Baydenin seçki kampaniyasına problem yaradan qəfil bir ifadəsinə cavab olaraq gerçəkləşib. Bayden Latın amerikalıların hüquqlarını müdafiə edən aktivist qrupla video zəng zamanı, Trampın seçki mitinqində yumorist Toni Hinkçlifin “Puerto Riko üzən tullantı adasıdır” ifadəsini tənqid edib.
Bayden “Orada gördüyüm yeganə üzən tullantı onun tərəfdarlarıdır” deməklə, vəziyyəti düzəltməyə çalışıb, sonradan isə Trampın və onun tərəfdarlarının latın amerikalıları demonizasiya etməsinin yolverilməz olduğunu vurğulayıb.
Tramp Baydenin sözlərini birbaşa öz müxalifəti ilə ələ salmaq qərarına gəlib. Kabinəyə oturarkən, Tramp iştirakçılara “bu tullantı maşınını bəyənirsiniz?” deyərək, “Kamala və Baydenin şərəfinə” etdiyini bildirib.
Eyni zamanda, Tramp, Hinkçlifin sözlərinə görə məsuliyyətdən boyun qaçırmağa çalışıb. “Mən bu yumorist haqqında heç nə bilmirəm. Onu tanımıram, onu heç vaxt görməmişəm. Onun sözlərini eşitdim, amma bu onun sözləridir. O yumoristdir, nə demək olar… Mən Puerto Rikonu sevirəm, Puerto Riko da məni sevir”, – deyə Donald Tramp bildirib.
Daha sonra o, həmin narıncı jilet ilə seçki tədbirinin səhnəsinə çıxıb.
Qeyd edək ki, Tramp bundan əvvəl Kamala Harrisin tələbəlik dövründə “McDonald’s”da işlədiyini xatırladan ifadələrinə cavab olaraq, bir müddət “McDonald’s” işçisi rolunu da oynayıb.
ABŞ-da seçkilərə, yəni 5 noyabra bir həftədən az vaxt qalıb. Sorğular göstərir ki, amerikalıların 80%-dən çoxu, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, , seçki nəticələrini qəbul etməyə hazırdır.