“Tramp Azərbaycanpərəst mövqe tutacaq”backend

“Tramp Azərbaycanpərəst mövqe tutacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən belə düşünmürəm ki, Tramp İsrailə daha aqressiv şəkildə kömək edəcək”. Tribunainfo.az bildirir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

O hesab edir ki, ABŞ-ın yeni prezidentinin göstərişi ilə İrana qarşı sərt addımlar atılsın, hətta raket zərbələri endirilsin.

Erməni politoloqun sözlərinə görə, Ağ Evin yeni rəhbərinin Türkiyə və Azərbaycana kömək edəcəyini də istisna etmir. “Məhz ona görə ki, neftin qiyməti qalxmır və yanacağını Qərb alır. Bunları kompensasiya edəcək”.

Ermənistanın durumuna gəlincə Xaçikyan deyir ki, İrəvanın heç bir təsir rıçaqı yoxdur. “Tramp ideoloq deyil, demokratdır, praktik insandır. Ermənistanla heç demoikratlar da ciddi maraqlanmayıblar. Sadəcə, gözəl sözlər deməklə kifayətləniblər”.

O yekunda qeyd edib ki, Tramp daha çox İsrailpərəst və Azərbaycanpərəst mövqe tutacaq.