ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu “The Trump Organization” Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandakı layihə barəsində analoji addım planlaşdırır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu “The Trump Organization” Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandakı layihə barəsində analoji addım planlaşdırır.
Bu barədə “Associated Press” xəbər verib. Agentliyin məlumatına görə, Tramp şirkətinin belə addımı onun tezliklə prezident kimi yüksək vəzifənin icrasına başlaması ilə bağlıdır.
Milyarderin hər iki xarici layihəsi siyasi fiqurlarla bağlıdır və prezident reputasiyasına mənfi təsir edə bilər.
“The Trump Organization” həmçinin bu həftə Braziliyada mehmanxana tikintisi üzrə sazişi də ləğv ediv. Tramp bundan əvvəl isə Səudiyyə Ərəbistanındakı şəxsi şirkətlərini bağlayıb. (Report.az)
Qeyd edək ki, Donald Trampın Azərbaycandakı “Trump Hotel and Tower” otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib. 33 mərtəbəli “TrampTowers” yelkən formasındadır. Binanın tikintisi 2015-ci ildə tamamlanıb.