backend

Tramp Azərbaycanla bağlı bu addımı atmalıdır – İsrail KİV-i

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın əhəmiyyəti Rusiya və İranla həmsərhəd olan, eləcə də iri neft və qaz istehsalçısı bir ölkənin strateji və coğrafi mövqeyinə əsaslanır. 

Azərbaycanın əhəmiyyəti Rusiya və İranla həmsərhəd olan, eləcə də iri neft və qaz istehsalçısı bir ölkənin strateji və coğrafi mövqeyinə əsaslanır.

Trend-in məlumatına görə, bu sözlər “Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Louri Kontrerasın İsrailin nüfuzlu “Jerusalem Post” nəşrindəki məqaləsində yer alıb.

Müəllif Azərbaycanın mürəkkəb regionda ABŞ-ın aparıcı tərəfdaşı olduğunu qeyd edib.

Məqalədə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi iqtisadi yardımın dayandırılması barədə 907-ci düzəlişin ləğv olunmasının vacibliyi qeyd olunub.

Müəllif yazır ki, bundan əvvəl ABŞ prezidentləri Corc Buş və Barak Obama Konqresin onlara verdiyi bu düzəlişin fəaliyyətini dondurmaq səlahiyyətindən istifadə ediblər.

R.L.Kontrerasın fikrincə, yeni prezident Donald Tramp da bu səlahiyyətdən istifadə etməlidir:

“Respublikaçılar üçün daha doğru qərar bu düzəlişi tamamilə ləğv etmək olardı. Bu yolla Azərbaycanın özünümüdafiəsi üçün daha çox yardım təmin etmək olar. İndi Azərbaycan nağd vəsait ödəməklə Rusiyadan silah alır”.