ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp “Bild” qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp “Bild” qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.
TİA.AZ-ın məlumatına görə, Tramp müsahibəsində bildirib: “Mən Avropa İttifaqının rəhbəri ilə danışdım”.
Bu an müxbir dəqiqləşdirmək istəyib: “Cənab Yunkerlə?”
Yeni Prezident cavabında vurğulayıb: “Bəli. O məni qələbə münasibətilə təbrik etmək üçün zəng etdi”.
Qeyd edək ki, Trampla Yunker arasında telefon danışığı olmayıb.