Xəbər verildiyi kimi ötən gün noyabrın 22-də ABŞ-ın yeni seçmilmiş prezidenti Donald Tramp ölkənin aparıcı KİV-lərinin jurnalistlərini və rəhbərlərini qəbul edib.
Xəbər verildiyi kimi ötən gün noyabrın 22-də ABŞ-ın yeni seçmilmiş prezidenti Donald Tramp ölkənin aparıcı KİV-lərinin jurnalistlərini və rəhbərlərini qəbul edib.
TİA.AZ Virtualaz.org -a istinadən xəbər xəbər verir ki, əvvəlcə Trampın köməkçiləri jurnalistlərə görüşün “out off record” şərti ilə keçiriləcəyini deyiblər. Lakin bu gün mühafizəkarlara yaxın “The New York Post” qəzeti görüşün detallarını “məlumatlı mənbələrə istinadən” yayıb.
Və məlum olur ki, seçki kampaniyası dövründə dəfələrlə jurnalistlərlə münaqişəyə girən, hətta onları təhqir edən və hədələyən Donald Tramp indi onları özünün Nyu-Yorkdakı “Trump Towers”də yerləşən iqamətgahına danlamaq üçün çağırmışdı.
“Bu görüş cəhənnəm gülləbaranına oxşayırdı”-görüş iştirakçılarından biri deyib. “Tramp CNN telekanalının rəhbəri Ceff Zukerdən başladı və ona üzünü tutub dedi: “Mən sizin kanala nifrət edirəm, CNN ancaq yalançılardan ibarətdir, sizə ayıb olsun”-mənbə deyib.
Mənbə əlavə edib ki, görüş tam iflas idi. “Telekanalların rəhbərləri və aparıcıları görüşə o ümidlə gəlmişdilər ki, onlar gələcəkdə Tramp administrasiyasına necə çıxış əldə edəcəklər. Bunun əvəzində Tramp onlara sevimli fəndini tətbiq etdi”-mənbə əlavə edib.
İkinci mənbə isə görüşün “atəşfəşanlıq” olduğunu deyib. “Görüş böyük zalda keçirilirdi, bütün iri telekanallardan 30-40 tanınmış aparıcı gəlmişdi. Tramp çıxışına başlayıb dedi: “Biz yalançılar, ikiüzlülər, hər şeyi kökündən yanlış təqdim edən şərəfsiz KİV-lərlə bir zaldayıq. O, üzünü zaldakılara tutub belə deyirdi. Sonra CNN-in direktoru Ceff Zukerin adını çəkdi və ona barmaq tuşlayıb dedi: “Sizə nifrət edirəm, CNN-dəkilərin hamısı yalançıdır, bu şəbəkə yalançılardan ibarətdir”.
Mənbənin sözlərinə görə Tramp ad çəkmədən NBC telekanalının Hillari Klintonun uduzduğu məlum olanda canlı yayımda göz yaşlarını saxlaya bilməyən və seçkiqabağı debatlar zamanı hər şeyi “baş-ayaq dərk edən dəhşətli reportyoru” haqda danışdı. Hərçənd seçkiqabağı debatları aparan reportyor Keyti Tyur idi, Hillari Klinton uduzanda isə canlı yayımda göz yaşlarını saxlaya bilməyən kanalın digər əməkdaşı olub. O da həmin vaxt zalda idi”-mənbə deyir.
Bildirilir ki, Trampın tənqidlərindən heyrətə gələn jurnalistlər söhbəti başqa istiqamətə çevirmək və onun administrasiyası ilə işləmək imkanları barədə soruşmaq istəyiblər. Trampın köməkçisi isə görüşün “gözəl keçdiyi” haqda açıqlama verib.
Xatırladaq ki, Amerikanın əksər nüfuzlu KİV-ləri Trampın prezident seçilməsinə qarşı olub. Bunun səbəblərindən biri də Trampın həm də söz azadlığına münasibətidir. O, tənqidə qarşı dözümsüz olduğunu dəfələrlə göstərib, jurnalistlərlə münaqişəyə girib. İndi onun seçilmiş prezident kimi aparıcı KİV-lərin əməkdaşlarını toplayıb onlara “yalançı”, “şərəfsiz”, “ikiüzlü” kimi “komplimentlər” yağdırması bu narahatlıqların əsassız olmadığını göstərir.