Kamala Harrisi dəstəkləyən Teylor Svift gələcəkdə qərarının nəticələri ilə üzləşəcək.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Mən Taylor Sviftin pərəstişkarı deyiləm. O, demokratı hər zaman dəstəkləyir və biznesdə bunun əvəzini ödəyəcək”, – deyə sabiq prezident bildirib.
Qeyd edək ki, məşhur müğənni daha əvvəl Harrisi “böyük fərasətli istedadlı lider” adlandırıb. O əlavə edib ki, Birləşmiş Ştatlar “xaosdansa sakitliyi” rəhbər tutsa, daha çox şeyə nail ola bilər.