Səudiyyə Ərəbistanına səfərinin ardından İsrailə kedən ABŞ prezidenti Donald Tramp müqəddəs inanc yeri sayılan “Ağlama Divarı”nı ziyarət edib.
Səudiyyə Ərəbistanına səfərinin ardından İsrailə kedən ABŞ prezidenti Donald Tramp müqəddəs inanc yeri sayılan “Ağlama Divarı”nı ziyarət edib.
TİA.AZ xəbər verir ki, Trampı əsrlərdir Qıyamət kilsəsinin açarlarını saxlayan fələstinli müsəlman Cövdət ailəsinin nümayəndələri müşayiət edib. Trampa “Ağlama Divarı”nın tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib.
“Ağlama Divarına” əlini qoyaraq təxminən 2 dəqiqə dua edən və ağlayan ABŞ lideri, sonda yəhudilər kimi arzularını yazdığı kağızı divarın daşları arasına qoyub.
ABŞ prezidenti Donald Tramp rəsmi proqram çərçivəsində “Ağlama Divarı”nı ziyarət edən ilk ABŞ lideri kimi tarixə düşüb. Onu bu ziyarətdə İsrail rəsmiləri müşayiət etməyib.