ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə geniş səlahiyyətlərə malik yeni idarənin yaradılması barədə elan etməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə geniş səlahiyyətlərə malik yeni idarənin yaradılması barədə elan etməyi planlaşdırır.
Trend-in xəbər verir ki, “Vaşinqton Post” həmin idarənin rəhbəri vəzifəsinə Trampın müşaviri və kürəkəni Cared Kuşnerin təyin ediləcəyi barədə yazıb.
Yeni yaradılan idarənin vəzifələrinə federal bürokratik sistemin işinə nəzarət edilməsi və Trampın seçkiöncəsi verdiyi əsas vədlərin yerinə yetirilməsi üzrə işlərin aparılması aid olacaq.
İdarənin işçi ştatına gəlincə, məlumata görə, sabiq kommersiya rəhbərləri burada çalışacaqlar. Onların bir nömrəli vəzifəsi isə hökumətin işini yeni ideyalarla zənginləşdirmək olacaq.