ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı mövcud olmayan ölkənin adını çəkib.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı mövcud olmayan ölkənin adını çəkib.
Trend-in məlumatına görə, D.Tramp Afrika ölkələrində vəziyyət barədə danışarkən Qvineya və Nigeriyada Ebola virusu haqqında danışıb.
Daha sonra o, “Nambiya”da səhiyyə sisteminin inkişaf etdiyini qeyd edib.
Bu ölkənin adını çəkməklə D.Trampın Namibiya və ya Qambiyanı nəzərdə tutduğu müzakirə mövzusu olub.
Bir neçə saat sonra Ağ Evin saytında çıxışın tam mətnində “Nambiya” Namibiya ilə əvəz edilib.