Tramp: “ABŞ-ın NATO-ya digər ölkələrdən daha çox vəsait ayırması ədalətsizlikdir”

Tramp: “ABŞ-ın NATO-ya digər ölkələrdən daha çox vəsait ayırması ədalətsizlikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ NATO-ya digər ölkələrdən daha çox vəsait sərf edir. Bu, ədalətsizlikdir və qəbuledilməzdir”.

“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

D.Tramp bildirib ki, bununla belə NATO-nun ABŞ-dan daha çox Avropaya xeyiri dəyir.

“Bəzi hesablamalara görə, NATO üzrə ödənişlərin 90% ABŞ-ın payına düşür, halbuki bir çox ölkələrin öhdəliyi heç 2% təşkil etmir”, – ABŞ prezidenti qeyd edib.