ABŞ prezidenti Donald Tramp bildirib ki, o, gələcəkdə Birləşmiş Ştatların kosmik hərbi qüvvələrini yaratmaq niyyətindədir.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Ağ Ev rəhbəri hərbi-hava qüvvələrinin Kaliforniyadakı “Miramar” bazasında dəniz piyadaları qarşısında nitq söyləyərkən çıxış edib.
“Mənim yeni milli kosmik strategiyamda kosmos Yerdə, havada və dənizdə olduğu hərbi əməliyyatlar zonası kimi tanınıb”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o, əvvəlcə buna qeyri-ciddi baxıb.