ABŞ Prezidenti Donald Tramp Maduro administrasiyasına təzyiqi artırmaq məqsədilə Venesuela yaxınlığında Amerika qoşunlarının elit bölmələrini yerləşdirib.
Tribuna xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Söhbət 160-cı xüsusi təyinatlı aviasiya alayından gedir. “Gecə stalkerləri” kimi tanınan bu bölmə ABŞ xüsusi təyinatlı qüvvələrini münaqişə zonalarına yerləşdirməklə məşhurdur. Bunlara “Yaşıl beretlər”, “Dəniz pişikləri” və “Delta Force” xüsusi təyinatlıları daxildir. “Gecə stalkerləri” əməliyyatları zamanı “Little Birds” və “MH-60 Black Hawk” helikopterlərindən istifadə edirlər. Bu helikopterlər bu yaxınlarda Venesuela paytaxtından 800 km aralıda yerləşən Trinidad adasındakı təlim meydançasının yaxınlığında müşahidə edilib”, – məlumatda qeyd olunub.