Tramp: ABŞ-də 360 yaşı olan bir şəxs var

Tramp: ABŞ-də 360 yaşı olan bir şəxs var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət qeydlərinə görə, yaşı 200-dən yuxarı olan şəxslərə ödənişlər üçün ABŞ milyonlarla dollar xərcləyir.

Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-nin sosial təminat sisteminə 130, 140, 150 yaşdan yuxarı olduğu iddia edilən milyonlarla şəxs daxil edilib.

“Qeydlərə görə ölkədə 360 yaşı olan bir şəxs var – bu mütləq rekorddur!”, – Tramp qeyd edib.

 

Tramp bildirib ki, bu total saxtakarlıqdır.