Tramp: “4 gün ərzində məni həbs gözləyir”

Tramp: “4 gün ərzində məni həbs gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın 4 gün ərzində Konqresin binasına hücuma görə məni həbs gözləyir”.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, yaxın 4 gündə onu Kapitoliyaya hücum işində ittiham edərək, həbs edə bilərlər.

Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın 45-ci prezidenti Donald Trampın məğlub olduğu 2020-ci il prezident seçkisinin nəticələrini ləğv etmək cəhdlərini dəstəkləyən etirazçılar Kapitoliyaya hücum ediblər. Cozef Bayden həmin siyasi kampaniyanın qalibi olub.