ABŞ prezidenti Donald Trampın bu gün Asiyanın beş ölkəsinə rəsmi səfəri başlayıb
ABŞ prezidenti Donald Trampın bu gün Asiyanın beş ölkəsinə rəsmi səfəri başlayıb
BBC xəbər verir ki, o, ilk olaraq Yaponiyaya səfər edəcək.
D.Trampın Yaponiyaya rəsmi səfəri çərçivəsində Şimali Koreya məsələsi müzakirə ediləcək. Tərəflər Şimali Koreyaya qarşı birgə cəbhə formalaşdırmaqla bağlı əlavə fikir mübadiləsi aparacaqlar.
Səfər 12 günlükdür və əsas məsələ yapon höküməti ilə regional təhlükəsizlik üçün birgə ittifaqın yaradılmasını müzakirə etməkdir.
D.Tramp Yaponiyadan sonra Cənubi Koreyaya gedəcək.