Məlum olduğu kimi, Güney Azərbaycanın “Traktorsazi” klubu İran futbol çempionatının qalibi olduqdan sonra bu ölkədə kluba qarşı xüsusi bir qısqanclıq baş qaldırıb.
Tribunainfo.az xəbər verir ki, İranın bəzi siyasi dairələri kluba qarşı qarayaxma kampaniyası həyata keçirməklə yanaşı, həm də əlaltıları vasitəsi ilə “Traktor”u “separatçılıq”da ittiham etməyə başlayıblar.
Ötən gün İranda geniş auditoriyaya malik “Futbol 360” verilişində bu kin və düşmənçiliyin təzahürü üzə çıxıb. Belə ki, verilişin aprıcısı Adel Firdovsipur Təbirizin “Traktor” komandasının oyunları zamanı Azərbaycan Respublikasının xeyrinə və Azərbaycanla bağlı şüarların səsləndirilməsini “tənqid” edib. O, hətta bir qədər də irəli gedərək Güney Azərbaycan klubunu “separatçılıq”da və “İranı parçalamaq”da ittiham edib.
Tribunainfo.az xəbər verir ki, məsələyə “Traktor” klubunun prezidenti Məhəmməd Rza Zunuzi dərhal cavab verib. O deyib: “Sən sübut etməlisən ki, İranı məndən çox sevirsən! Biz türklər iranlıları hamıdan çox sevirik və son 800 ildir ki, türklər İranı saxlayıblar. Biz türklər olmasaydıq, bu gün İran yox idi. Sən separatçılıqla və araqarışdırmaqla məşğulsan”.
Fərda Uğur










