Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvi prosesi tam başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvi prosesi tam başa çatıb.
TİA.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ləğvetmə Komissiyası dünən işini yekunlaşdırıb.
“Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq”, – deyə qeyd olunub.
Qeyd edək ki, ötən ilin noyabrında DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DQMK və TQDK-nın ləğvi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması haqda əmr imzalayıb.
Xatırladaq ki, DİM ötən il oktyabrın 19-da dövlət qeydiyyatına alınıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il aprelin 11-də DİM-in yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.