“Toyota – Bakı Mərkəzi”nə yazılan protokola bu tarixdə baxılacaq

“Toyota – Bakı Mərkəzi”nə yazılan protokola bu tarixdə baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toyota – Bakı Mərkəzi” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə avqustun 2-də baxılacaq.

Qeyd: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.