TOYDA XORUZA SPİRTLİ İÇKİ İÇİRƏNLƏR CƏRİMƏLƏNDİ-FOTObackend

TOYDA XORUZA SPİRTLİ İÇKİ İÇİRƏNLƏR CƏRİMƏLƏNDİ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizlinin Pamukkale rayonunda keçirilən toyda xoruzun spirtli içki içməyə məcbur edildiyi bildirilib. İl Jandarma Komandanlığı hadisədə iştirak edən 5 nəfərə ümumilikdə 27 min lirə cərimə kəsildiyini açıqlayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, İl Jandarma Komandanlığından edilən yazılı açıqlamaya görə, əvvəlki gün keçirilən toy məclisində xoruza spirtli içki içməyə məcbur edilərək işgəncə edildiyi xəbəri üzərinə qruplar işə başlayıb.

Qruplar apardıqları araşdırma nəticəsində toyda çəkilən görüntüləri izləyərək 5 şübhəlini müəyyən ediblər. Heyvanların Mühafizəsi Qanununu pozan cinayətə görə müəyyən edilən şübhəlilərə ümumilikdə 27 min lirə inzibati cərimə kəsilib.

Şübhəlilər barəsində məhkəmə prosesinin davam etdiyi bildirilib.