TOYDA QIZ VƏ OĞLAN TƏRƏFİ DAVA ETDİ-GƏLİN XƏSTƏXANAYA DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərində keçirilən bir toy mətbuatın gündəminə çevrilib.
 
 
Türkiyənin Samsun şəhərində keçirilən bir toy mətbuatın gündəminə çevrilib. 

TİA.AZ xəbər verir ki, keçirilən toy şənliyində dava nəticəsində 12 nəfər xəstəxanalıq olub. Onların içərisində gəlin də var. Bəy-Bilal Akhan bildirirb ki, 20 gün öncə qohumlar vasitəsilə gəlin namizədlə tanış olub. İki həftəlik tanışlıq, söz kəsmə və nişandan sonra tərəflər rəsmi nikaha girib. Amma gəlin tərəfi toyda bəy və gəlinə hədiyyə verilən qızılları istədikdə bu böyük davaya çevrilib. Gəlin tərəfinin bəyin yaxasındakı qızılları sökməsi ilə tərəflər arasında əlbəyaxa dava başlanıb. Bilal Akhan bildirir ki, qız tərəfinə 5 min TL süd pulu ödəyib və boşanmadan sonra həmin pulu da geri istəyir. O, gəlinin aktrisalıq edərək özündən getdiyini və təcili yardım maşını ilə qızılları qaçırdığını iddia edir.

NÜŞABƏ
TİA.AZ