Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllimlər kütləvi şəkildə işdən çıxarılır.
Tribunainfo.az-a şikayətlərini bildirən müəllimlər Vəliyeva Aynurə, İsayeva Aygün, Ələkbərova Şahnaz qeyd ediblər ki, kollecin direktoru Hicran Əyyubova 20 ilin müəllimlərinə dərs saatı vermir, ixtisara salmaq istəyir.
Şikayətçilərin sözlərinə görə, direktor işə qəbul etdikləri müəllimləri də seçərkən öz mənafeyindən çıxış edir. Qazax rayonundan özü ilə kollecə müəllimlər gətirir, bələdiyyə sədrini müəllim kimi işə qəbul edir və s.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.