Tovuzda kütləvi zəhərlənmə olan restoran sahibi danışdı: “Biz məsuliyyət daşımırıq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda şadlıq saraylarının birində keçirilən toy şənliyi zamanı 6-sı uşaq olan 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib.


 

Tovuzda şadlıq saraylarının birində keçirilən toy şənliyi zamanı 6-sı uşaq olan 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib.

ARB 24 xəbər verir ki, onların bir qrupu reanimasiya, digərləri isə infeksionnu şöbəyə yerləşdirilib.

Səlim Qasımov – Zərərçəkən: “Kətəyə oxşayan bir şey idi. Mən yedim, gördüm dadı qəribədi. Qardaşım yanımda oturmuşdu. Əlindən tutdum ki, sən yemə. Ona heç nə olmayıb”.

Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Məlumata görə, qonaqlar toyda verilən salatdan zəhərləniblər. Həkimlərin müdaxiləsi nəticəsində xəstələrin heç birinin həyatı üçün təhlükə olmayıb. Daha 12 nəfər mərasim iştirakçısına hadisə yerinə gedən təcili tibbi yardım tərəfindən ambulator yardım göstərilib.

Toy mərasiminin keçirildiyi şadlıq sarayının sahibi Şükür Abbasov isə hadisəyə görə məsuliyyət daşımadıqlarını bildirib.

Şükür Abbasov – Şadlıq sarayının sahibi: “Biz heç nə orada hazırlamırıq. Qida məhsulları ev sahibi tərəfindən gəlir. Biz yalnız kirayə veririk”.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.