Tovuzda bağçada azyaşlını döyən dayə işdən çıxarılıb – VİDEO – YENİLƏNDİ

Tovuzda bağçada azyaşlını döyən dayə işdən çıxarılıb – VİDEO – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Təhsil İdarəsindən məlumat verilib.

“Bildiririk ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.

Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik.

Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, – məlumatda qeyd olunub.

***

17:49

Tovuz rayonunda fəaliyyət göstərən bağçada azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

Görüntünün Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hazırda məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun hadisəyə hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, məsələ ilə bağlı digər aidiyyəti qurumlara sorğu ünvanlanıb.

 

Sözügedən görüntünü təqdim edirik:

Tribunainfo.az