backend

Tovuzda 11 illik məktəblər ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tovuz rayonunda 11 illik kənd məktəbləri ləğv ediləcək. 
Azərbaycanın Tovuz rayonunda 11 illik kənd məktəbləri ləğv ediləcək.

AzVision.az-a daxil olan məlumata görə, Tovuzun bir çox kənd məktəbləri 9 illik olacaq. Sakinlərin bildirdiyinə görə, 11 illik tam orta məktəblər əhalisi çox olan kənd və qəsəbələrdə fəaliyyət göstərəcək.

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova məsələyə münasibət bildirib. Şöbə müdiri AzVision.az-a faktı təsdiqləyərək bildirib ki, bu, yalnız Tovuza aid olan məsələ deyil, digər rayonlarda da proses davam etdirilir.

“Sentyabrın 15-dən Tovuzda 16 məktəb təmayüllər üzrə fəaliyyət göstərəcək, qalan məktəblər isə 9 illik olacaq. Ali məktəblərə hazırlaşan şagirdlər təmayüllərdə təhsillərini qruplar üzrə davam etdirəcəklər. 9-cu sinifdən çıxan şagirdlər isə peşə məktəblərinə gedərək, orada müəyyən ixtisaslar üzrə peşələrə yiyələnəcəklər”.

V.Hüseynova qeyd edib ki, təmayüllü məktəblər zonalar üzrə formalaşacaq. “Təmayüllər üzrə məktəb seçiləndə onların maddi-texniki bazası əsas götürüləcək. Hazırda Tovuzda 23 min şagird, 85 məktəb var ki, bunun da 17 məktəbi ümumi orta, 3-ü isə ibtidai məktəbdir. Müəllimlərin aqibəti yəqin ki, nəzərə alınacaq və dərslə təmin olunacaqlar”.

tia.az