“Total” İrana 80 milyard dollar zərər vurub

“Total” İrana 80 milyard dollar zərər vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 16 ildə “Total” neft şirkətinin sayəsində İran 80 milyard dollar zərərə uğrayıb.

Oxu.Az xəbər verir ki, bunu İran parlamentinin büdcə və planlaşdırma komissarı Hüseyn Əli Hacı Deliqani bildirib.

O deyib ki, şirkət hər dəfə ölkəni tərk edəndə, iqtisadiyyata böyük ziyan vurub:

“Şirkət bir neçə dəfə İrana gəlib-getməsinə baxmayaraq, hər hansı bir ziyana düşəməyib. Neft Nazirliyi yenidən bu şirkətlə müqavilə imzalayıb”.

Xatırladaq ki, İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və  Almaniya)  2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlmişdilər.

ABŞ may ayında nüvə müqaviləsindən birtərəfli olaraq çıxdığını açıqlayıb. Bu ölkənin Xəzinə Nazirliyi isə 2015-ci ildə dayandırılmış İran sanksiyalarının avqustun 6-dan etibarən qüvvəyə mindiyini bəyan edib.

Qeyd edək ki, Fransanın neft və qaz şirkəti “Total” ABŞ-ın yeni sanksiyalarını əsas gətirərək, Fars Körfəzindəki Cənubi Pars Qaz Yatağı layihəsindən çıxdığını açıqlayıb.