“TOSTMASTER” ERMƏNİSTAN VƏ YA ÜÇLÜ İTTİFAQIN NƏTİCƏLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son bir həftə ərzində erməni politoloqları, siyasətçiləri və mövzu ilə əlaqəli olan digər erməni ekspertlər gürcüləri təbiri – caizsə, “ağ yuyub qara sərir”.  

“Son bir həftə ərzində erməni politoloqları, siyasətçiləri və mövzu ilə əlaqəli olan digər erməni ekspertlər gürcüləri təbiri – caizsə, “ağ yuyub qara sərir”. 


Səbəb də bəllidir. Gürcüstan regionda öz maraqlarını təmin edilməsində israrlıdır və bu israrı da onu daha ağıllı tərpənməsi üçün şərtləndirir.”

 

Bu sözləri jurnalist və siyasi şərhçi Oktay Hacımusalı öz facebook səhifəsində yazıb.

“Son dövrlər Türkiyə və Azərbaycanla siyasi, iqtisadi və hərbi əməkdaşlığını gücləndirən gürcülər onsuz da münasibətləri gərgin olan rusları bir az da qıcıqlandırırlar. Dünən başa çatan NATO – nun Tiflis görüşündən sonra gürcülər, bu tədbirin Tiflisdə keçirilməsinin  nə qədər geosiyasi baxımdan təhlükəli olduğunu anlasalar da, yeni bir dövrə qədəm qoydular. Regionda öz sözünü demiş iki dövlətlə əməkdaşlıq etmək Gürcüstan üçün olduqca böyük bir nailiyyətdir. Türkiyə və Azərbaycan regionda həyata keçirilən bütün layihələrin əsas faktorlarıdır. İqtisadi və geosiyasi maraqlar isə əksər hallarda dini bağlılığı və qonşuluq məqamlarını arxa fona itələyir. Həm də bu olduqca rahat baş verir. Son bir həftədir regionda baş verən radikal dəyişikliklərdən sonra Ermənistandakı ictimaiyyət nümayəndələri əməlli – başa qara geyiniblər. Bu ölkədəki əksər ekspertlər düşünürlər ki, Türkiyə – Gürcüstan – Azərbaycan hərbi əməkdaşlığı, yaranan üçlü ittifaq Ermənistana yönəlib və Ermənistan gələcəkdə bu əməkdaşlıqdan çox pis təsirlənəcək. Əslində, erməni ekspertləri haqsız da deyillər. Lragir.am saytının eksperti Akop Bədəlyanın dediyi kimi, bütün siyasi danışıqlarda “stop”a dirənən Ermənistan hakimiyyəti təəssüf ki, zamanında gələcəkdə başa verə biləcək amilləri nəzərə almadı və aqressiya, iddia və siyasi boşboğazlıqla öz sonunu gətirdi. İndi kimi qınasan da, xeyri yoxdur”.

Şərhçi bütün münasibətlərdə balansı sıfıra yaxınlaşan Ermənistanın xaricdəki havadarlarını da bir – bir itirdiyini qeyd edir:

“Bircə qalır ona ağalıq edən ölkə ki, o da hələ bu bölgədə baş verənlərdə gözləmə mövqeyindədir. Əgər zamanında ermənilər Dağlıq Qarabağa və Anadoluya torpaq iddiaları qaldırmasaydılar, ərazilərimizi işğal etməsəydilər, Xocalıda və digər ərazilərdə genişmiqyaslı soyqırımlar həyata keçirməsəydilər, indi regionda həyata keçirilən layihələrdən kənarda da qalmazdılar. Hətta Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Manvel Sarksyan Azərbaycanın artıq regionda siyasi baxımından da, hərbi baxımından da kifayət qədər güclü olduğunu etiraf edir və bildirir ki, bu üçlüyün bağladığı strateji hərbi müqavilənin kökünü ötən ilin aprelində axtarmaq lazımdır: “Türkiyə və Rusiya arasında münasibətlər normallaşandan sonra daha da yaxınlaşan rəsmi Ankara və Bakı regionda onsuz da lap əvvəldən birgə fəaliyyət göstərirdilər. Axır ki, Gürcüstanı da öz yanlarına çəkə bildilər” – bunu erməni politoloq deyir və hardasa digər erməni politoloq Sergey Şəkəryanın dediklərinə haqq qazandırmış olur. Üç dövlət arasında hərbi sazişi şərh edərkən erməni politoloq Gürcüstanın hər zaman öz tərəfdaşlarını satdığını demişdi. Ermənistanı artıq uçurumun dibinə yuvarlayıb.

Əslində erməni ictimaiyyəti fərqindədir ki, regionda birləşən güclər həm də ermənilərin əsassız torpaq iddialarına görə birləşiblər. İki dövlət üçün onsuz da bu mövcuddur: Türkiyəyə qarşı ərazi iddiaları qaldıran ermənilər hətta bununla da kifayətlənməyiblər, qardaş ölkənin regionda həlledici gücə çevrilməsini istəməyən qüvvələrdən aldıqları yardımlarla təzminat xülyasına da qapılıblar. Azərbaycanla isə vəziyyət bəllidir. Gürcüstan isə bilir ki, həm Ermənistanın ağası ilə münasibətləri elə də yaxşı deyil, həm də ortada artıq közərməyə başlayan, zaman – zaman gündəmə gələn Cavaxetiya məsələsi var. Bu məsələni elə beşiyindəcə boğmaq üçün Gürcüstan əlindən gələni edir və yuxarıda da qeyd etdiyimiz kimi, ağıllı tərpənərək Azərbaycan və Türkiyəyə qoşulur, bu ölkələrlə ittifaq təşkil edir. Ermənistan isə hələ də digər bir erməni politoloq Harutyun Mesropyanın dediyi kimi, zavallı bir millət olaraq “tostmaster”lik(tamadalıq) edib boş və gurultulu nitqlər söyləməklə məşğuldur və haqlı olaraq onların bu boş danışıqlarından artıq hamı, hətta onların xaricdəki dəstəkçiləri də bezib”.

İlahə