“Tos Oil” şirkəti İnzibati Xətalar Məcəlləsini pozduğuna görə cərimələnib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, barəsində inzibati xəta haqqında icraat aparılan “Tol Oil” şirkəti İnzibati Xətalar Məcəlləsinin İqtisadi Fəaliyyət Qaydaları Əleyhinə olan 428.7.1 maddəsinin tələblərini pozub.
Belə ki, müvafiq maddəyə görə, müvafiq icazə, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Apellyasiya Məhkəməsində 27 sentyabr tarixində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.