Bu dəfə Xəzər rayon İcra Hakimiyyəti torpaq mübahisəsinə görə rayon sakini tərəfindən məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı Rəsulov İntiqam Əhməd oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. İddiaçı icra hakimiyyəti ilə torpaq münasibətləri üzrə mübahisə yaşayır.
Xəzər İH-lə bağlı işə 19 mart tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Nigar Nəbizadənin icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən