TONOYANDAN SENSASİYA: “AZƏRBAYCAN XANKƏNDİ İLƏ DAYANMAYACAQ…”backend

TONOYANDAN SENSASİYA: “AZƏRBAYCAN XANKƏNDİ İLƏ DAYANMAYACAQ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Qarabağla məhdudlaşmayacaq və “artsax” məsələsindən asılı olmayaraq sülhə getmək niyyətində deyil”. Tribunainfo.az erməni mediasına istinadla bildirir ki, bu barədə Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan deyib. “Azərbaycan hakimiyyətinin məqsədi saxta sülh, erməni kimliyinin məhv edilməsi pərdəsi altında bizim sayıqlığımızı azaltmaq və təcavüzü təbliğ etməkdir. İndi onların dövlət siyasətinin əsas məqsədlərindən biri də cəmiyyətimizdəki parçalanma və gərginliyi daha da dərinləşdirmək, erməni diasporuna qarşı düşmənçilik münasibəti yaratmaqdır. Bütün bunlar bütün lazımi əsaslandırmalarla sübuta yetirilib”, – deyə Tonoyan iddialar səsləndirib.