Havalar istiləşdikcə şəhər sakinlərinin çoxu nəhayət gəzintiyə çıxmağı düşünür. Ancaq hətta on dəqiqəlik gəzməyin belə onlara nə qədər fayda gətirəcəyini çoxları bilmirlər.
Nə qədər gəzmək lazımdır?
Çin atalar sözü deyir: “100 il yaşamaq istəyirsinizsə, nahardan sonra 100 addım atın”. Amma bu məsləhət bizi demək olar ki, ideala yaxınlaşdırmır. Müasir insan gündə orta hesabla 3000 addım addımlayır və bu rəqəm hər il azalır. Günü-gündən çoxalan , az hərəkət edən avtomobil sahibləri isə daha az gəzirlər.
3000 addım kifayət deyil. Buna görə də, bədənin etiraz etməyə və xəstələnməyə başlamaması üçün əlavə gəzintilər üçün vaxt ayırmağa dəyər.
Ümumi olaraq hesab edilir ki, gündəlik 10.000 addım atmaq lazımdır. (bu, təxminən 7 km-ə yaxındır). Uşaqların riyaziyyat məsələsini xatırlasaq, hansında ki, piyada A nöqtəsindən B nöqtəsinə saatda 5 km sürətlə gedir, məlum olur ki,demək gündə ən azı bir saat yarım gəzmək lazımdır. 10.000 addım tibbi araşdırmadan çox, qəbul olunan standart normadır. Bununla belə, bütün həkimlər razılaşır ki, əks təsir yoxdursa, daha tez-tez gəzin.
Piyada gəzməyin ürək və beyin üçün faydaları
Tez-tez gəzintilər yuxunun keyfiyyətini yaxşılaşdırır, narahatlığı azaldır, depressiyanı aradan qaldırır və ürək-damar xəstəliklərinin qarşısını alır. Ancaq bu, yeganə fayda deyil. Hər gün gəzmək beyninizi inkişaf etdirmək deməkdir. Daimi gəzintilər beyin strukturunu yaxşılaşdırır, sinir əlaqələrini inkişaf etdirir və planlaşdırma və strateji baxışdan məsul olan sahələri stimullaşdırır.
Gəzərkən diqqətiniz dəyişir və siz yaradıcı düşünməyə və gözlənilməz həllər tapmağa başlayırsınız. ABŞ-ın nüfuzlu Stanford Universitetinialimləri müəyyən ediblər ki, həm gəzinti zamanı, həm də gəzintidən sonra yaradıcı təfəkkür testlərində ballar təxminən 60% yaxşılaşır. Yəni bir böhran və durğunluq hiss edirsinizsə, ayaqlarınızı tərpətməyin vaxtıdır. 10 dəqiqəlik gəzinti belə 2 saata əhvalınızı qaldıracaq. Və bu, şübhəsiz ki, hər hansı bir fəaliyyətinizə müsbət təsir edəcəkdir.
Görkəmli şəxsiyyətlər də piyada gəzirdilər
Bildiyiniz kimi, biliyə sonsuz həvəs böyük rus alimi Mixail Lomonosovu Xolmoqoriyadan Moskvaya piyada gətirib.
Bildirilir ki, 1730-cu ilin dekabrında 19 yaşlı gələcək akademik evdən qaçıb və Rusiyanın yarısını gəzərək üç həftəyə piyada 1168 kilometr məsafə qət edərək oxumaq üçün getdiyi Moskvaya çatıb.
Bu, hələ də məktəblilər və tələbələr arasında Lomonosova qarşı böyük hörmət oyadır.
Yazıçı Lev Tolstoy çox qoca yaşına qədər meşələri, yarğanları keçərək uzun məsafələr qət edib. O, Moskvadan 190 km məsafədə olan Yasnaya Polyanaya üç dəfə piyada gedib.
Böyük bəstəkarlar da gəzməyi sevdiklərini etiraf edirdilər. Pyotr İliç Çaykovski istənilən havada gəzirdi. Yeri gəlmişkən, ən azı 2 saat (yəni eyni 10.000 addım). O yazırdı: “İşimə yad olan düşüncələrdən və qayğılardan yayınan kimi məndə musiqili düşüncələr yaranır. Düşüncələrimin çoxu gündəlik gəzintilərim zamanı yaranır”.
Bir çox tanınmış iş adamları, milyonçular gəzinti zamanı işgüzar görüşləri dəb halına salıblar.
Yolda olan görüşlər – bu qaydaya indi Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq də əməl edir. Asta gəzinti zamanı söhbət mühiti daha rahat olur, müzakirələr daha səmimi olur.
İmran Kərimli
Tribunainfo.az