backend

Tolik : “Deputat seçməsələr, o da Rusiyada “otxod” olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir?  

“Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? 

Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burada baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

Bu fikirləri səsləndirən Cəbrayıl rayonunun deputatı Astan Şahverdiyev cəmiyyət tərəfindən şiddətlə qınanıb və tənqid hədəfinə çevrilib. Bütün bunlara rəğmən deputat təhqir etdiyi şəxslərdən üzr istəməyib, əksinə dediklərinə haqq qazandıraraq “Mən nə demişəm ki, üzr istəyim?” deməklə odun üstündə benzin töküb.

Deputata etiraz edənlər arasında işləri ilə əlaqədar Rusiyaya tez-tez gedən səənt adamları da var. Tanınmış prodüsser Tarix Əliyev (Tolik) Cebhe.info-ya açıqlamasında deputatı sərt şəkildə tənqid edib:

“Səhv eləmirəmsə, Astan Şahverdiyevin özü də Cəbrayıldandır, Rusiyada da işləyənlərin çoxu elə cəbrayıllıdır. O zaman onlar da “otxod”dular? Rusiyaya 10-15 il bundan qabaq gedib, orda məskunlaşmış həmyerlilərimiz var ki, orda əldə etdikləri gəlirləri göndərirlər buradakı qohumlarına. Yüzlərlə, bəlkə də minlərlə insan ordan gələn gəlirlər hesabına dolanır. Bu deputat isə ancaq özünü fikirləşib.

Görüm o, deputat seçilməsəydi, indi nə işlə məşğul idi? Yaxud bir neçə il sonra onu yenidən deputat seçməsələr, nə edəcək? O da gedib Rusiyada “otxod” olacaq… Bəlkə də deputatlığı zamanı yığdıqlarını xərcləyəcək, amma deputat olmamışdan qabaq Rusiya bazarlarında alver edirdilər. İndi Rusiyaya gedib çörəkpulu qazananlara “otxod” deyirlər.

Rusiyada diaspor fəaliyyət göstərir. Güya onlar dövlət büdcəsinin hesabına fəaliyyət göstərirlər? Onlar da orada öz hesablarına çalışıb fəaliyyət göstərirlər, tədbirlər keçirirlər. Onlar dövlətimiz üçün çalışırlar, öz cibləri hesabına xidmət edirlər, onlar da “otxod”dular? Bəzi millət vəkilləri də ona qarşı çıxdılar, yəqin ki, bu da çıxıb o birilər kimi deyəcək ki, mən belə demək istəmirdim, amma belə dedim.

Nə faydası var? Rusiyada yaşayan o qədər sayılıb-seçilən, samballı adamlarımız var ki. Hətta elə biznesmenlər var ki, Rusiyada elə pulla o deputatı alıb atarlar ciblərinə, elə ciblərində gəzdirərlər o deputatı. O ki qaldı onun qardaşı oğlunun açıqlamasına ki millət vəkili içkili olub, bu, daha betər bir şeydir. Millətin vəkili içkili vəziyyətdə müsahibə verib! İçmək onun haqqıdır, onda heç kim heç nə demir, amma onun içkili vəziyyətdə müsahibə verməsi və minlərlə insana həqarət etməsi doğru deyil.

Mən onun barəsində axtarış verdim internetdə, heç adamın “Vikipediya”sı yoxdur, adamın bir üzə çıxarılası fotoşəkli yoxdur. Yenə bir ciddi adam desəydi bu sözləri, müzakirə edərdik, adamın özü, xidmətləri barədə heç bir məlumat yoxdur. Nə danışaq daha?